Gənclər erkən nikahın qarşısının alınmasına dair maarifləndirilirlər
09:59 16.11.2017
Arxiv
918
Noyabrın 10-u Masallı rayonunda, 14-ü isə Biləsuvar rayonunda "Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə çərçivəsində tədbirlər həyata keçirib.
Layihənin rəhbəri, "Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov bildirib ki, layihənin məqsədi regionlarda yaşayan gənclər arasında daha çox yayılan erkən nikah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılması, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağ¬lı zə¬rə¬rin azal-dılmasına töhfə vermək, dövlət və vətəndaş cəmiyyətinin səylərinin əlaqələndirilməsi, gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun güclən¬di¬rilməsidir. Layihə rəhbəri ilə yanaşı, tədbirlərdə çıxış edən Rayon Gənclər və İdman İdarələrinin, yerli təşkilatların nümayəndələri qaldırılan problemin region üçün aktual olduğunu və bu layihənin iştirakçılar üçün faydalı təsiri olacağını xüsusi vurğulayıblar.
Layihə çərçivəsində Biləsuvar və Masallı rayonunda "erkən nikahlar və onların fəsadları” mövzusunda gənclərin, gənclər təşkilatları nümayəndələrinin, orta təhsil müəssisələrinin şagirdlərinin, müəllim və psixoloqlarının, valideynlərin iştirakı ilə təlimlər keçirilib. Təlimlər layihənin eksperti, bu sahədə təcrübəli təlimçi Afiq Məlikov tərəfindən aparılıb.
Təlimlər bu mövzuları əhatə edin:
Erkən nikah nədir, onların əhatə dairəsi və meydana gəlmə formaları. Erkən nikahların səbəbləri və motivləri.Erkən nikahların fəsadları: təhsil hüquqlarının pozulması, boşanmalar və sağlamlıq problemləri."Elçilik” adlı tapşırığın yerinə yetirilməsi.Qrup işlərinin aparılması və praktiki işlər nəticəsində əldə ediləcək biliklərin möhkəmləndiriliməsi.Erkən nikahların qarşısının alınması yolları, təbliğat təşviqat işlərinin aparılması, və uğurlu mübarizənin aparılması üçün innovativ ideyaların söylənilməsi.
Bundan əlavə region gəncləri və əhali arasında erkən nikahın fəsadları mövzusunda zəruri təbliğat və maarif¬ləndirmə işləri aparılıb, "erkən nikahın nəticələri” adlı vieoçarxlar nümayiş etdirilmiş, zəruri nəşr məhsulları əhali və gənclərə paylanıb. Layihə çərçivəsində Biləsuvar və Massalı əhalisinin bir qrupunun iştirakı ilə erkən nikahlarla bağlı sosioloji sorğu aparılıb, bununla da mövcud vəziyyət öyrənilərək, nəticələr təhlil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə