Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir - VİDEO - YENİLƏNİB
11:36 12.03.2018
Arxiv
661
Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni məlumat yayıb. "Sherg.az" nazirliyin saytına istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.
Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.
13:06
Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.
Qoşunların idarəedilməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.
11:04
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlər martın 17-dək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya