Girovların canlı danışığına Cenevrədə razılıq alınıb
20:33 09.02.2016
Arxiv
944
“Ancaq hələ ki, ermənilər onları dəyişməyə razılıq vermirlər”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfəri zamanı hazırda erməni girovluğunda olan soydaşlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyindən danışıb. Komitə sədri qeyd edib ki, onlar ailələri ilə "Skype” vasitəsilə danışa biləcək.
Bununla yanaşı, Ə.Həsənov D.Əsgərov və Ş.Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etdiyini də bildirib: "Mən bu yaxınlarda Cenevrədə beynəlxalq tədbirdə idim. Orada məhz girovlarımızın məsələsinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşdüm. Məsələni onunla müzakirə etdim. O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər. Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar. Yəni, bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype” vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik”.
Qurum sədri Azərbaycan Prezidenti İlham Əliyevin girovlarımızın ailələrini evlə təmin etdiyini bildirib: "Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır”.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Məsələyə münasibət bildirən millət vəkili Elman Məmmədov "Şərq”ə söyləyib ki, bu, girovlarımızın işində bir irəliləyişdir: "Dünən mən də cənab Ə.Həsənovla birgə idim. Ağdamda. Müşavirə idi. Bundan sonra Əli müəllim ictimaiyyət və media nümayəndələri ilə çox geniş görüş keçirdi. Medianın da suallarını cavablandırdı. Əli müəllim bir daha vurğuladı ki, Prezident İlham Əliyev heç bir vətəndaşının taleyinə laqeyd deyil və həmişə diqqət mərkəzində saxlayır. O cümlədən də düşmən girovluğunda olan günahsız vətəndaşlarımızın azad olunması hər an
Prezidentin diqqət mərkəzindədir. Əli müəllim ətraflı məlumat verdi. Əli müəllim hətta bir məsələni də söylədi ki, Cenevrədə olanda BQX-nin ofisində olub. Orada da danışıqlar aparılıb. Razılığa gəliblər. Azərbaycan tərəfi soydaşlarımızın ölkəmizə qaytarılması üçün nə lazımdırsa edir”.
Bununla yanaşı, parlamentari düşünür ki, düşmənə ən güclü təsir mexanizmi beynəlxalq təşkilatların əlindədir: "Girovlarımızın taleyi ilə məşğul olmaq separatçı Ermənistanı həmişə müdafiə edən ATƏT-in Minsk Qrupunun missiyasına aiddir. Doğrudur, BQX də söz verib. İndi görək əməl edəcəklərmi. Ancaq biz vətəndaşlarımızı azad etmək məqsədilə artıq beynəlxalq təşkilatlardan əlimizi üzmüşük. Bizdə də kifayət qədər erməni girovları, əsirləri var. Ancaq hələ ki, ermənilər onları dəyişməyə razılıq vermirlər. Yəqin bizdə də ermənilər üçün çox vacib olan əsirlər, girovlar olacaq ki, ermənilərin özləri bizdən xahiş edəcəklər. Hələ ki, erməni öz xislətini nümayiş etdirir və günahsız insanları həbsdə saxlayır. Allahın köməkliyi ilə, Prezidentimizin təşəbbüsü ilə bu məsələlər həllini tapacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat