Girovun qardaşı sevindirdi: "İşıq yolu var"




"Şahbazla bağlı hələ bir yenilik yoxdur. Sonuncu dəfə xeyli müddət bundan öncə məktub almışam". 

Bunu Sherg.az-a Azərbaycanın əbədi, əzəli ərazisi olan Kəlbəcərdə dədə-babalarının qəbirlərini ziyarətinə gedərkən separatç ermənilər tərfindən girov götürülən soyadaşlarımızdan (Diqləm Əsgərov və Şahbaz Quliyev ) biri Şahbaz Quliyevin qardaşı İlham Quliyev söyləyib.

O bildirib ki, ötən günlərdə onu çağırıb, işıq yolu var deyiblər:

"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından sonra girovların dəyişdirilməsi məsələsi gündəmə gəldi. Dedilər ki, dəyişdirilə bilərlər. Yəni girovlarımızn Lapşinlə əvəzlənməsi məsələsi var. İndi ümidimizi ona bağlamışıq ki, bəlkə onları dəyişdirələr. Bundan başqa yeni heç bir xəbər yoxdur. Əlbəttə, istəyirik ki, girovlarımız ölkəyə gətirilsin. Amma dövlətimizin iradəsinə, diqqətinə güvənirik və ümidimizi üzmürük".


Qeyd edək ki, atırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ayyət Əhməd