Gömrük Komitəsinin 70 faiz güzəşti...
21:44 27.01.2016
Arxiv
724
Nazim Məmmədov: “Sahibkarlara hər bəyannamədən 5-6 manat dəstək deməkdir”
Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlara müraciət edib. Müraciətdə deyilir ki, dövlət başçısının sahibkarlar üçün daha əlverişli şəraitin yaradılmasına dair göstərişlərini nəzərə alaraq DGK gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70 faiz güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.
Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”.
DGK-nin qərarını şərh edən tanınmış iqtisadçı Nazim Məmmədov "Şərq”ə bildirib ki, bunların hamısı gözdən pərdə asmaq məqsədi daşıyır: "Yanılmıramsa, əvvəllər gömrük bəyannaməsinin xidməti haqqı təqribən 16 manat idi. Adətən, xidmət haqları 1 faiz üzərindən olmur. Yəni 70 faiz güzəşt etməklə sahibkarların fəaliyyətinə və cənab Prezidentin danışdıqlarına kölgə salırlar. Bu addımın bazarda hansısa dəyişikliyə səbəb olacağını düşünmürəm. Bu, xərclərin də azalmasına gətirib çıxarmaycaq. Çünki xırda xərclərdir. Əslində atılmalı olan addımlar DGK-nin strukturlarının dəyişdirilməsi, ləğvi, monopoliyanın tamamən aradan çıxarılması və gömrükdə toplanan ƏDV- nin, rüsumların vahid hesaba yığılmasıdır. Bundan başqa, DGK Vergilər Nazirliyinə birləşdirilməsi daha məqsədəuyğun olar. 70 faiz güzəşt sahibkarlara hər bəyannamədən 5-6 manat dəstək deməkdir. Bu gözə kül üfürməkdən başqa bir şey deyil”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi