Azərbaycanda da turizm elçiləri layihəsinə start verilməlidir
Gözəl şans...
13:27 07.07.2018
Arxiv
1074
Ölkəyə turizm axını artıb
Azərbaycanda da turizm elçiləri layihəsinə start verilməlidir
Azərbaycanda da turizm elçiləri layihəsinə start verilməlidir
Türkiyə turizm sahəsində könüllü elçilər xidmətindən istifadə edir. Məlumdur ki, Türkiyə turizmin inkişaf etdiyi ölkələr arasında ön sıralardadır. İl boyu bu ölkəni milyonlarla əcnəbi ziyarət edir. Həm turizmin daha da inkişaf etməsi, turistlərin rahatlığı, həm də gənclərin təcrübəsini artırması baxımından könüllülərin işə cəlb olunması müsbət hal hesab edilir. "Könüllü turizm elçiləri” layihəsi İstanbulun Fatih bələdiyyəsi tərəfindən artıq 9-cu dəfədir ki, həyata keçirilir.
450 könüllü məhz İstanbulun Fatih bölgəsində turistlərə tarixi və mədəni yerləri gəzib görməkdə köməklik göstərir. Maraqlı cəhətlərdən biri də budur ki, könüllülər xüsusi geyimlərlə təchiz edilir. Köynəklərin üzərində isə ingilis dilində - "Məndən soruş” sözləri yazılıb. Bələdiyyə orqanı hesab edir ki, bununla turistlər üçün əlverişli şərait yaradılmış olur. Könüllülər də razıdırlar və bildirirlər ki, bu iş nəticəsində xarici dil biliklərini zənginləşdirir, təcrübə qazanırlar.
"Könüllü turizm elçiləri” layihəsinin nədən diqqətimizi çəkdiyi, bizcə, qaranlıq məsələ deyil. Azərbaycan da son illərdə turizm sahəsində xeyli irəliləyişə nail olub. Ölkəmizə gələn qonaqların sayı getdikcə artmaqdadı və hamımız turizmin daha da inkişaf etməsinə nəyləsə, bacardığımız bir işlə kömək göstərməliyik. Çünki ölkəmizə gələnlərin sayının artması, ölkəmizin daha da çox tanınması deməkdir.
Bu prizmadan yanaşdıqda bizdə də könüllü turizm elçiləri layihəsi icra oluna bilərmi və bunun turizmin inkişafında müsbət rolu ola bilərmi?
Turizm məsələləri üzrə ekspert, iqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında hər şeyin niyyətə bağlı olduğunu dedi:
- Niyyət təmizdirsə, əlbəttə, yaxşı layihədir. Bir ölkəyə gələn turistlərin sayında artım varsa, belə layihələrin icrası mümkündür. Bunu qeyri-hökumət mənşəli təşkilatlar, yaxud başqa, özəl qurum və şirkətlər, təşkilatlar edə bilər. Baxır, hansı niyyətlə layihə icra olunur. Əslində, mən bu işə çox da müsbət baxmıram. Çünki turizmlə peşəkarlar məşğul olmalıdır. Tutalım, könüllü gənclər deyirsə ki, bələdçilik sayəsində xarici dil biliklərini, danışıqlarını təkmilləşdirirlər, düşünürəm ki, əksinə, xaricilərə onların dilində peşəkarcasına danışa bilənlər bələdçilik etməlidir. Azərbaycanda da ingilis, ərəb dilli qruplar var. Bir sıra hallarda bizim gənclər də xaricilərlə ünsiyyət yaradır, turizm şirkətləri ilə birgə çalışıb turistlərə bələdçilik edirlər. Bütün hallarda fikrimcə, bu işlə peşəkarlar, xarici dildə qüsursuz danışa bilənlər məşğul olmalıdır. Belədə əcnəbi vətəndaşlar daha da rahat olacaq və qarşılarındakına etibar edəcəklər.
E.Vəliyev hesab edir ki, turistlərə kömək etmək, yol göstərmək, doğru ünvana yönləndirmək ölkə və onun əhalisi haqqında müsbət fikir formalaşdırır. Amma bu hadisələr epizodikdir. Əksər hallarda turistlər səfərə xüsusi turizm şirkətləri xətti ilə və təcrübəli bələdçilərlə çıxır:
- Son zamanlarsa, xaricilər də bicləşib. Özləri gəlib burda şirkət açır, tur-səfərlər təşkil edirlər. Məsələn, iranlı turistlərə bələdçilik edən iranlı olur. İraqlıya iraqlı bələdçilik edir və sairə. Sizcə, bir iranlı öz həmyerlisinə etibar edər, yoxsa, tanımadığı bələdçiyə. Xarici ölkəyə səfərə çıxanlar yanlarında öz həmyerlilərinin olmasını daha çox arzulayırlar. Xarici ölkə bələdçiləri də bizim turizm şirkətləri ilə birgə çalışır. Turizmin inkişafı tur-operatorların işlərini düzgün təşkil etməsindən də çox asılıdır. Bizim problemimiz budur ki, tur-operatorlar, bir məsəldə deyildiyi kimi, hamıya eyni gözlə baxırlar. Yəni, xariciyə hansı qiyməti təyin edirsə, yerli əhaliyə də o qiyməti təyin edir. Ona görə də yerli turizm zəif inkişaf edir. Ancaq əcnəbilərə ümid etməli oluruq. Türkiyədə isə bu sahə fərqlidir. Orada turizm polisi, turizm müfəttişliyi var və turizm şirkətlərinin işinə nəzarət edirlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat