Gözlər Monakoda: “Qarabağ”ın rəqibləri müəyyənləşir
16:26 24.08.2017
Arxiv
372
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək.
Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunacaq.
Beşqat Azərbaycan çempionu "Qarabağ” qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.
İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer alıbsa, digər 24 klub öz əmsalına görə sıralanıb. Əsas mərhələnin debütantı "Qarabağ” sonuncu səbətdə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız yüksək reytinqli rəqiblərlə eyni qrupa düşəcək.
Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ”ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.
Çempionlar Liqası
Qrup mərhələsi
I səbət
"Real” (İspaniya)
"Bavariya” (Almaniya)
"Çelsi” (İngiltərə)
"Yuventus” (İtaliya)
"Benfika” (Portuqaliya)
"Monako” (Fransa)
"Spartak” Moskva
"Şaxtyor” (Ukrayna)
II səbət
"Barselona” (İspaniya)
"Atletiko” (İspaniya)
PSJ (Fransa)
"Borussiya” (Dortmund, Almaniya)
"Sevilya” (İspaniya)
"Mançester Siti” (İngiltərə)
"Porto” (Portuqaliya)
"Mançester Yunayted” (İngiltərə)
III səbət
"Napoli” (İtaliya)
"Tottenhem” (İngiltərə)
"Bazel” (İsveçrə)
"Olimpiakos” (Yunanıstan)
"Anderlext” (Belçika)
"Roma” (İtaliya)
"Beşiktaş” (Türkiyə)
"Liverpul” (İngiltərə)
IV səbət
"Seltik” (Şotlandiya)
"Qarabağ” (Azərbaycan)
APOEL (Kipr)
"Sportinq” (Portuqaliya)
MOİK (Rusiya)
"Feyenord” (Hollandiya)
"Maribor” (Sloveniya)
"Leypsiq” (Almaniya)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol