Gülbən Ərgənin paylaşdığı əsgər şəkili hadisə oldu

Gülbən Ərgənin Instaqram səhifəsində paylaşdığı və keçmişdə çəkilən "su içən əsgər" şəkili bir qrup təqibçisinin reaksiyasını çəkdi. Sərt bir dillə tənqid olunan Ərgən, özünü səhifəsinə yazdığı qeydlərlə müdafiə etdi. Fotonu çəkən "Milliyyət" qəzetinin foto müxbiri Ərcan Aslan isə bu kadrın gerçək hekayəsini izah etdi... Ərgən, Ramazan ayında 'su içən əsgər' şəkili paylaşmasını tənqid edən təqibçilərinə yenə Instaqram səhifəsindən sərt bir dillə cavab verdi...
"Bəs sizə! Bir əsgər fotoşəkili paylaşdım. Əsgərə bir stəkan su vermişlər içir... Demədiyiniz qalmadı! Siz haradan bilirsiniz bu şəkil nə vaxt çəkildi? Bəlkə iki il əvvəl? Bəlkə bir ay əvvəl? Sizə nə? Əgər Ramazanda çəkildisə bəlkə adam böyrək çatmazlığı yaşayır? Bəlkə dərman istifadə etməsi lazımdır? Sizə nə?" "Bu nə mühakimə etmə marağı? Özünüzü mühakimə edin! Bir şəkilə görə min dəfə namus, din, ədəb sorğuladınız, ayıb olsun sizə, bir şəkilə görə  içinizin zəhərini axıtdınız!" 
Şəkilin hekayəsi: 2007-ci ildə çəkildi.
"Milliyyət" qəzetinin  foto müxbiri Ərcan Aslana aid olan fotoşəkil isə 2007-ci ildə İstanbul Vətən Prospektindəki 29 Oktyabr Respublika bayramı mərasimləri zamanı çəkildi. Mərasim zamanı keşik yerindən ayrıla bilməyən bir əsgərə vətəndaşlar tərəfindən su verilmə anını ölümsüzləşdirən Aslan, "Çəkdiyim şəkil Türk millətinin, Türk əsgərinə baxışını və onunla əlaqəsini insanı təməldə izah edən bir kadrdır" dedi. Aslan, şəkilin Ramazan ayı ilə əlaqələndirib şərhlər verməyin pis niyyətli olduğunu və son dərəcə narahatlıq duyduğunu ifadə etdi.