Gülər Əhmədovanın vəziyyəti pisləşdi
00:28 26.04.2014
Arxiv
342
Sabiq deputat məhkəmə zalından çıxarılıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədovanın vəkillərinin yanında oturması və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilməsi barədə vəsatətlər verib. Birinci vəsatət təmin olunmayıb, digəri isə baxılmamış saxlanılıb.
Daha sonra prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Gülər Əhmədova isə ittiham üzrə özünü təqsirli bilmədiyini və onunla razı olmadığını deyib.
Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hümbət Vəliyev prosesdə ifadə verib. Ekspert deyib ki, onlara təqdim olunan disk əsl deyil, köçürülmüş nüsxə olub. Onun sözlərinə görə, diskdə 13-cü dəqiqədə kadr itib, 10 saniyə müddətində nə danışıldığı aydın deyil. Bütün fonoqram boyu danışıqla səs cığırı üst-üstə düşüb, 87 dəqiqə boyunca isə artikulyasiya pozulmayıb. Ekspert deyib ki, Elşad Abdullayev, Gülər Əhmədova və Sevinc Babayevanın səs nümunələri istintaq orqanının təqdim etdiyi nümunələr əsasında araşdırılıb. H. Vəliyev Gülər Əhmədovanın və Sevinc Babayevanın eksperimental səs nümunələrinin də onlarda olduğunu açıqlayıb. (APA)
Gülər Əhmədovanın vəkilləri isə S. Babayevanın səs nümunəsinin istintaqdan alınması barədə vəsatət qaldırıblar. Daha sonra Gülər Əhmədova deyib ki, ekspert nəyin əsasında ekspertiza apardığından xəbərsizdir: "Ona sula vermək artıqdır. Elə bilin ki, bir nəfər küftə-bozbaş bişirib, soruşursan ki, içində nə var, bilmir. Ya ekspertiza saxtadır, ona qol çəkdiriblər, ya da istintaq saxtakarlıq edib. Mən ekspertiza ilə bağlı fikirlərimi demişəm. Amma xoruzun quyruğu burada göründü”. Hümbət Vəliyev isə deyib ki, təqdim olunana diskdə hər hansı qüsur olmayıb, disk istifadəyə yararlı olub. Gülər Əhmədova ekspertiza rəyində diskin keyfiyyətinin orta aşağı olduğunun qeyd edildiyini bildirib: "Orada qeyd olunub ki, artikulyasiyanı görmək mümkün deyil”. Ekspert ona təklif edib, diskə zalda bir yerdə baxsalar, artikulyasiyanın göründüyünü görmək olar. Daha sonra Gülər Əhmədova səhhətində problem yarandığını deyib və məhkəmədən beş dəqiqəlik vaxt istəyib. Gülər Əhmədova məhkəmə zalından çıxarılıb. Bir qədər sonra isə prosesin aprelin 28-dək təxirə salındığı açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm