“Günəşli” yatağında qaz fontanının qarşısı hələ alınmayıb

Yanğınsöndürmə gəmiləri özülə yan alıb



 Fövqəladə Hallar Nazirliyi (FHN) "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.