“Günəşli”də xəsarət alan neftçilərdən 5-i xəstəxanaya qayıtdı
14:08 11.12.2015
Arxiv
585
SOCAR-ın "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 5-i yenidən Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilib. MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya deyib ki, son 3 gün ərzində Məlikov Ehtiram, Yusifov Roman, Yusifov Mahal, Mikayılov Seymur və Qarayev Coşqun səhhətlərində yaranan problemlərlə bağlı yenidən xəstəxanaya müraciət ediblər.
O bildirib ki, hazırda xəstəxanada "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan 19 nəfər müalicə olunur.
Mətbuat katibi əlavə edib ki, yenidən xəstəxanaya müraciət edənlərin əksəriyyəti psixi pozuntu, ürək bulanma, təzyiq və baş ağrılarından əziyyət çəkir: "Xəstələrin əksəriyyəti stress keçiriblər. Onlar ambulator müalicəyə buraxılanda bildirilmişdi ki, cüzi narahatlıq olan kimi dərhal xəstəxanaya müraciət etsinlər. Xəstələrin çoxu xəstəxanada qalmaq istəyir”.
A. Fətəliyeva qeyd edib ki, xəstələr terapiya şöbəsində müalicə olunurlar: "Psixoloqlar briqadası xəstələrlə mütəmadi olaraq işləyir”.
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm