Gürcüstanda daşınmaz əmlak alan azərbaycanlıların sayı niyə artıb ?
16:53 02.07.2018
Arxiv
718
"Gürcüstanda daşınmaz əmlak sahibi olan azərbaycanlıların artmasının ilk səbəbi orada mülkiyyət toxunulmazlığının dövlət tərəfindən ciddi şəkildə qorunmasıdır”.
Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Qadir İbrahimli bildirib.
Onun fikrincə, qonşu ölkə Azərbaycana yaxın olduğundan orada biznes qurmağa çalışan, daşınmaz əmlak alan azərbaycanlıların sayı artıb:
"Azərbaycanla kommunikasiya imkanları yaxın olan Gürcüstanın iqtisadi inkişafı biznesmenləri və sıravi vətəndaşları cəlb edir. Bu ölkəyə biznes qurmaq üçün müraciət edən şəxslərin imkanları genişdir. Xüsusilə, rəqabət mühiti şəraitində keyfiyyətli iş ortaya qoymağı bacaran azərbaycanlı biznesmenlər Gürcüstanda uğur qazana bilirlər. Müraciət edən şəxslərin az qala yarısı bu rəqabətli şəraitdə öz uğurlu biznesini qurmağı bacaracaqdır”.
Qeyd edək ki, 2012-2016-cı illərdə Gürcüstanda daşınmaz əmlak alan xarici ölkə vətəndaşların 53 faizini Rusiya vətəndaşları təşkil edirlər. Bu siyahıda rusiyalılardan sonra ikinci sırada hər biri 5 faizlə Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları dayanırlar. Gürcüstanda daşınmaz əmlak alanların 4 faizini İsrail, 3 faizini ABŞ və Yunanıstan, 2 faizini isə Almaniya vətəndaşları təşkil edirlər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat