"Digər ölkələrə nisbətən Gürcüstandan gətirilər avtomobillər nəqliyyat və gömrük xərcləri az olduğuna görə, maşınlar daha sərfəli qiymətə əldə olunur”
Bunu "Sherg.az”a Gürcüstandan gətirilən avtomobillərinin sayının artmasından danışarkən "Avtosfer.az" saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyib.
Onun sözlərinə görə, avtomobil bazarında baş vermiş geriləmə hazırda inkişaf mərhələsinə keçib:
"Bazarlarda avtomobillərə tələbat artıb. Burada əsasən "ikinci əl” avtomobillər üstünlük təşkil edir. Ümumi avtomobillərin 90 faizi işlənib. Çünki devalvasiyalardan sonra insanların yeni avtomobil almağa maraqları azalıb. Yeni avtomobillər isə əsasən Çinin istehsal etdikləridir. Son vaxtlar turizmin inkişafı avtomobil bazarında müəyyən canlanmaya təsir göstərdi. Turistlərin müxtəlif yerləri ziyarət etməsini asanlaşdırmaq üçün şəxsi və turizim şirkətləri "Mercedes", "Mercedes Piano", "Mercedes Titu" "Ford" mikroavtobuslarına tələbat artıb.
Bu sahə nisbətən gəlirli sahə olduğundan insanları daha çox cəlb edir. Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti "Vita", "Viano", "Sprinter", "Fortun" minik və yük markalı maşınlarıdır. Gürcüstanla yanaşı digər ölkələdən də maşınlar gətirilir. Amma nəqilyat və gömrük xərclərini azaltmaq məqsədi ilə şimal və qərb qonşumuza daha çox üz tuturlar. Amma son vaxtlar Gürcüstan avtomobillərində də bəzi problemlərlə rastlaşırıq.
Əsasən vurulmuş və ya aşağı kefiyətli avtomobillərn müxtəlif avtoservis məkanlarında tərkibi dəyişdirilərək yeni avtomobil adı ilə satılır. Həmin avtoservislər bu sahədə çox yaxşı inkişaf etdiyindən bunu müşahidə etmək olmur. Yalnız çox az mütəxəssislər bunu aid edə bilir. Bu səbəblərdən alıcılar bir az çəkinir. Amma yenə də Gürcüstanın "ikinci əl” avtomobillərinə tələbat var".
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub. Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.
Kənan Eynuroğlu