Gürcüstanın baş naziri: “Gürcüstanla Azərbaycan bir-birini dəstəkləyir”
10:21 21.03.2017
Arxiv
303
Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Novruz şənlikləri geniş şəkildə qeyd olunub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Novruz bayramına həsr olunan şənliklərə qatılmaq üçün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Marneuliyə səfər ediblər.
Tədbir çərçivəsində prezident G. Marqvelaşvili Marneulidə müasir standartlara uyğun tikilən yeni kitabxananın açılış lentini kəsib. Novruz bayramına həsr olunan bütün şənlik proqramlarına baxdıqdan sonra Gürcüstan prezident Marneuli Mədəniyyət Evinin qarşısında Novruz tonqalını alovlandırıb. Sonra Marneuli sakinləri qarşısında çıxış edən prezident G. Marqvelaşvili Marneulinin hər il inkişaf etdiyini bildirib: "Mən hər dəfə Marneuliyə gələndə burada inkişaf və irəliləyiş görürəm. Bu, sizin əməyinizdir. Siz bizim vahid dövlətimizin eyni hüquqlu vətəndaşlarısınız. Mən Bakıdan yenicə qayıtmışam. Orada ən mötəbər bir tədbirdə iştirak etdim. Mən Azərbaycandakı dostlarımın da Novruz bayramını təbrik edir, onlara səadət və xoşbəxtlik arzulayıram”.
G. Kvirikaşvili deyib ki, dost və qardaş ölkələr olan Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir.
Prezident və baş nazir və şənliyə qatılan digər rəsmi dövlət və hökumət adamları, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Novruz şənliklərinə həsr olunan xüsusi bayram konsertinə baxıblar. Konsert proqramında Azərbaycan və gürcü müğənniləri, aşıqlar, müxtəlif ansambllar xalq mahnıları ifa edib və müxtəlif rəqslər nümayiş etdiriblər. Tədbirdə Azərbaycandan, Rusiyadan, Litvadan və Türkiyədən qonaqlar iştirak edib.
Qeyd edək ki, Marneulidə keçirilən Novruz şənliklərində Azərbaycan xalqının milli mətbəx nümunələri, şirniyyat və çay dəstgahı, rəsm, əl işləri və foto sərgilər nümayiş olunub, kənd təsərrüfatı məhsulları sərgisi və müxtəlif şirkətlərin istehsal etdiyi yerli məhsulların sərgisi təşkil olunub. Tədbir çərçivəsində həmçinin idman yarışları, milli güləş, maqnit adamın şousu, Novruzun gəlişinə aid kiçik teatr səhnəcikləri və Bahar qızının gəlişi və rəqs səhnələri təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial