Güzəştli mənzillər sabah satışa çıxarılır - YENİ QAYDALAR
15:58 11.07.2019
Arxiv
605
İyulun 12-də Bakıda güzəştli mənzillərin satışı başlayır.APA TV-nin xəbərinə görə, Söhbət Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzillərdən gedir.Qurumun mətbuat katibi Diana Dadaşova deyir ki, 12 iyul 2019-cu ildə 6-9 saylı binalar üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarda yerləşən 243 mənzil, ümumilikdə isə 253 mənzilin yalnız vətəndaşın vəsaiti hesabına satışı həyata keçiriləcək. Onun sözlərinə görə, ilk satışdan fərqli olaraq, budəfəki satış zamanı alıcılar hər hansı texniki problemlərlə qarşılaşmayacaq. Bu kimi halların qarşısının alınması üçün agentlik tərəfindən bütün tədbirlər görülüb: “Güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş bütün vətəndaşlar şəxsi elektron kabinetlərinə daxil olmaqla tam şəffaf bir şəraitdə, təhlükəsiz iş rejimində, bərabər şəraitdə mənzillərə sahib ola bilərlər”.Qurum rəsmisi onu da bildirib ki, mənzillərin seçimi prosesində ilk dəfə olaraq vətəndaşlar gözləmə qaydasında mənzil seçimi həyata keçirə biləcəklər. Belə ki, əgər hər hansı bir mənzil vətəndaş tərəfindən seçiləcəksə, həmin mənzilə daha iki şəxs gözləmə qaydasında növbəyə dura bilər. Əgər seçilmiş mənzil ilk seçən alıcı tərəfindən hər hansı səbəbdən əldə edilə bilməzsə, o zaman növbəyə duran iki şəxsdən birincisi mənzilə sahib ola bilər.Qaydalara edilən digər bir dəyişiklik isə ilkin razılıq qərarının əldə edilməsidir: “Bu günə kimi vətəndaşlar mənzillərə sahib olduqdan sonra ipoteka ilə bağlı agent banklara müraciət edirdilərsə, bundan sonra alıcılar əvvəlcə agent banklara yaxınlaşıb onlarla razılıq qərarını əldə etməlidirlər və bu qərarı öz şəxsi kabinetlərində yerləşdirməlidirlər”.Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzilin seçimi isə ilin sonuna kimi həyata keçiriləcək. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.Bununla yanaşı, hazırda ərazidə daha bir yaşayış kompleksinin tikintisi həyata keçirilir. Yaşayış kompleksi ümumilikdə 40 binadan ibarətdir və kompleksdə inşa edilən mənzillərdən 1458 mənzil agentliyin ixtiyarına veriləcək. Gələcəkdə bu mənzillər də güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə