Hakimlə şübhəli məktəb yoldaşı çıxdı...

Sinif yoldaşını tanıyan Booth göz yaşlarını saxlaya bilmədi



ABŞ-ın Florida ştatında bir məhkəmədə oğurluq cinayətində mühakimə olunan şübhəli və onu mühakimə edən hakim orta məktəb yoldaşı çıxınca məhkəmədə romantik anlar yaşandı.

Keçən cümə axşamı günü ifadə verməyə hazırlaşan 49 yaşlı şübhəli Artur Booth və iddianın hakimi Mindy Glazer orta məktəb yoldaşı çıxdı. Bootha getdiyi orta məktəbi soruşan Glazer aldığı cavab sonrasında şübhəlinin sinif yoldaşı olduğundan əmin oldu. Bu zaman hakimi tanıyan Booth göz yaşlarını saxlaya bilmədi. Artur Booth hadisənin şokuyla dəfələrlə, "Aman Allahım” deyərkən, hakim Mindy Glazer məktəb xatirələrindən bəhs etməyə başladı. "Bu adam orta məktəbdəki ən yaxşı insan idi” deyən hakim əlavə etdi, "Birlikdə futbol oynayardıq, bütün uşaqlar. Baxın nə oldu?. Hakim Mindy Glazer bunları söyləyərkən Artur Booth yalnız "Aman Allahım” dedi. Şübhəlinin əmsi oğlu Melissa Miller, Boothun utandığından ağladığını ifadə etdi. Miller, ‘Hakimin söylədikləri ona keçmiş günləri xatırlatdı; çox ağıllı idi, idmançı idi və iki dil bilirdi” deyə də əlavə etdi. Parlaq bir keçmişi olan Boothun bütün həyatının narkotik üzündən məhv olduğunu söylədi. Hakim Glazer orta məktəb yoldaşının cəzasını 43 min dollar təyin etdikdən sonra, ‘Bol şans, ümid edirəm qanunlara uyğun bir həyat davam etdirə bilərsən.” dedi.