“Halal Dad” sosilərində haram “tikə”... – Şirkət bağlanmaldır ! – VİDEO





"Halal Dad” sosiləri ilə bağlı iyrənc mənzərə ortaya çıxıb. Paytaxt sakinlərindən biri sosilərdən qurd çıxdığını bildirərək video görüntünü sosial şəbəkələrdə paylaşıb. Videodan da göründüyü kimi südlü sosisləri qurd basıb.

Çox güman ki, məhsulun ya saxlanma şəraiti düzgün olmayıb, ya da sosislərin istifadə müddəti başa çatıb. Hər iki halda ortada çox ciddi, eyni zamanda kifayət qədər iyrənc mənzərə var. Əvvəllər buna bənzər hadisə ilə qarşılaşsaq da, neqativ hallar bitmək bilmir. İstifadə müddəti bitmiş, saxlanma şəraiti düzgün olmayan, yararsız qida məhsullarının satış dövriyyəsinə buraxılması ilk olaraq genefondun sağlamlığı üçün təhlükəlidir. Məsələ ilə bağlı aidiyyəti qurumların ciddi tədbir görülməsinə ehtiyac var. Amma görünən odur ki, müvafiq orqanlar bu məsələyə o qədər də ciddi nəzarət etmir.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan "Azad istehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür xoşagəlməz hadisələr bazarda bir-biri ilə mübarizə aparan firmaların birinin digərinə qarşı haqsız rəqabət mühiti yaradan əməllərinddən qaynaqlanır:

"Əlbəttə, hər bir mal hətta yeni istehsal olunsa belə, elə şəraitdə saxlanıla bilər ki, bir neçə saat sonra təhlükəli ola bilər. Fikrimcə, Qida Təhlükəsizliyi Agentliyi belə hallara nəzarət etməlidir. Bu cür halları təxribat hesab edirəm. Qida məhsulları ilə bağlı hər hansı bir neqativ hallar baş verərsə, alıcılar QTA-nin qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Bu zaman həmin məhsulu istehsal edən şirkətin bağlanmasına nail olmaq mümkündür”.


Yeganə Bayramova