Hamı ondan qaçdı

O isə sirklə ölkəsində məşhurlaşdı
1913-cü ildə Amerikanın Alabama ştatında dünyaya gələn William Bill Durks, digər 3 qardaşından fərqli bir üzə sahib idi.
Normal bir ana və normal bir atadan dünyaya gələn Bill Durks, yarıq bir dodaq, yarıq bir damaq və ikiyə ayrılmış kimi görünən bir üzə sahib olmaqla çox ürküdücü görünürdü. Üzü ikiyə ayrılmış Bill üçün o günün şərtlərində həkimlərin edə biləcəyi bir şey yox idi. Bu vəziyyət Billin özünə qapanmasına səbəb oldu. Heç yoldaşı olmayan Bill, üzünün bu qorxunc görüntüsünə görə məktəbə belə gedə bilmədi. Bill böyüdükcə problemləri də böyüdü. Hətta böyük ümid gözlədiyi insanlar da ondan qaçdı. Amma axırı daha qəribə oldu... Yazıq adamın burnunun üst qisiminə 3-cü bir göz yerləşdirən sirk sahibi, boya və makiyaj vəsaitləri istifadə edərək zatən qorxunc görünən bu adamı səhnəyə çıxardı. "Qəribə varlıq” adıyla insanlara göstərilən Bill, sirk tərəfindən ölkənin bütün əyalətlərində dolaşdırıldı. Bir heyvan kimi rəftar olunan talehsiz adam bir anda bütün ölkə tərəfindən tanınan bir ad oldu. Billin qazandığı bu şöhrət ona bir evlilik gətirdi. Bill özündən 10 yaş böyük olan Mildred, qısaca ‘Milly’ olaraq bilinən bir qadınla evləndi. Billin bu evlilikdən olduqca sağlam bir qızı oldu. Xoşbəxt bir ailə həyatı olmasına baxmayaraq insanlardan təcrid edilmiş bir halda yaşayan Bill, 1975-ci ildə həyatını itirdi.