Hamlet İsaxanlı və Lütfizadə akademiya yaradıb- AZƏRBAYCANDA




Azərbaycanda qərbsayağı Avrasiya Akademiyasını yaratdıq. 

Bu barədə Sherg.az -a Xəzər universitetinin rektoru , professor Hamlet İsaxanlı bildirib. 

Profesorun sözlərinə görə, həmin akademiyanı 5 professor təsis edib: "

Amerikadan Lütfizadə, Amerika vətəndaşı olan məşhur Osmanlı tarixçisi Halil İnalcık, XX əsrin tanınmış beyin cərrahı, hazırda Türkiyədə yaşayan Mahmud Gazi Yaşargil , Azərbaycandan Arif Məlikov və bir də mənəm. Bu qərbsayağı akademiyadır. Ölkəmizdə artıq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)ilə yanaşı qərbsayağı akademiya da fəaliyyət göstərir. Bu akdemiya həm elmi birləşdirir, həm də incəsənəti. İncəsənətlə bağlı keçirilən son seçkilərdə iki nəfər seçildi. 

Biri atası azərbaycanlı olan məşhur fransız aktyoru Rober Osseyndir, biri də türk aktrisası Türkan Şoraydır. Bu cür məsələlər maraqlıdır. Yəni AMEA-nın monopoliyası olmamalıdır. Bu monopoliya düzgün də deyil. Ümumiyyətlə, hər hansı bir qrumun monopoliyası olmamalıdır".

Ayyət