Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
12:06 13.03.2020
Arxiv
501
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək.
Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-ı axşam və 19-dək fasilələrlə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.
Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 14-dən əsasən şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya