Havada rütubətin miqdarının çox olmasının səbəbi - RƏSMİ AÇIQLAMA
16:12 15.09.2017
Arxiv
674
Sentyabrın bəzi günlərində havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub
Son günlər Azərbaycan ərazisində havada rütubətin miqdarının çox olmasının səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya verilən xəbərə görə, buna səbəb cənub-şərq küləklərinin üstünlük təşkil etməsidir.
G. Məmmədova vurğulayıb ki, son günlər ərzində Bakı və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlük təşkil etməsi nəticəsində sakit havada bəzi saatlarda rütubətliyin artması meteohəssas insanlarda narahatlığa səbəb olur: "Yaxın 2-3 ərzində də Abşeron yarımadasında sabit hava şəraiti hökm sürəcəyi gözlənilsə də, bəzi saatlarda rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bununla bağlı mütəmadi tibbi-meteoroloji proqnoz verilir. Son günlər ərzində Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35 dərəcə isti olub, belə hava şəraiti həftə sonu da davam edəcək. Yaxın günlərdə temperatur rejimində mühüm dəyişiklik gözlənilmir”.
Direktor əvəzi vurğulayıb ki, Bakı və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik normadan çox olmayıb. Bu günlərdə havanın temperaturunun sentyabr ayı üçün xarakterik olduğunu deyən G.Məmmədovanın sözlərinə görə, əvvəlki illərdə də bu ayda 30-35, bəzi günlərdə hətta 37-38 dərəcə isti qeydə alınıb: "Bu ilin sentyabr ayında rekord göstərici təzələnməyib. Sentyabr ayında havanın temperaturu bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlərdə isə iqlim normasından 2-3 dərəcə yüksək olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya