"Hazırda Ermənistan üçün ən problemli məsələ Rusiyanın mövqeyidir, çünki ..." - Analiz
15:45 31.07.2018
Arxiv
839
"...Rusiya Erməsistandakı hərbi bazalara görə, rəsmi Moskvadan icarə haqqının alınması, sərhəddə duran rus qoşunlarının çıxarılması kimi məsələlərə adekvat cavab verəcək"
"Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl düşünürdü ki, Ermənistan dövlətini mitinq siyasəti ilə idarə edəcək”.
Bunu "Sherg.az”a düşmən ölkədəki xaotik vəziyyəti şərh edərkən analitik Arzu Nağıyev söyləyib.
O qeyd edib ki, baş nazirin qarşısına qoyduğu əsas məqsəd Qarabağ klanını məhv etməkdir:
"Çünki gələcək seçkilərdə qələbə qazanmaq üçün N.Paşinyan bu addımı atmalıdır. Mərhələli şəkildə N. Paşinyan Qarabağ klanını sıradan çıxarmaqla eks-prezident Serj Sarkisyan və onun ətrafına çatdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olan Yuri Xaçaturovu lokallaşdırandan sonra N. Paşinyan seçkiyə hazırlaşa bilər.
Robert Koçaryanın həbs olunması isə 2008-ci il seçkilərdə Levon Ter - Petrosyanın qələbəsinin qarşısını almaq üçün ordudan istifadə etməsi ilə bağlıdır. Bu addımı R.Koçaryanın da, Y. Xaçaturovun da əli var idi”.
Hazırda Ermənistan üçün ən problemli məsələnin Rusiyanın mövqeyi olduğunu diqqətə çatdıran A. Nağıyev vurğulayıb ki, Rusiya Erməsistandakı hərbi bazalara görə, rəsmi Moskvadan icarə haqqının alınması, sərhəddə duran rus qoşunlarının çıxarılması kimi məsələlərə adekvat cavab verəcək:
"Rusiyanın Azərbaycana göndərdiyi politoloqlar Cocuq Mərcanlını, Qarabağı ziyarət etdikdən sonra vəziyyətin Ermənistan üçün qəlizləşəcəyi məlum idi. Onlar Dağlıq Qarabağ kartından birmənalı şəkildə istifadə edirlər. Bako Saakyanın nüfuzu artıq tamamilə düşüb.
Nikol Paşinyan erməni xalqına verdiyi vədləri yerinə yetirə bilmədiyinə görə, vətəndaşların narazılığı baş qaldırır”.
Qeyd edək ki, Ermənistanda dinc şəraitdə öldürülən erməni əsgərlərin anaları yenidən hökumət binası qarşısında etiraz ediblər. Sosial vəziyyətlərinin yaxşı olmadığını vurğulayan etirazçı erməni əsgər anaları hökumətin onlara köməklik göstərmədiyini dilə gətiriblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya