"Neftin qiymətinə bir faktr təsir götərmir deyə qiymət müxtəlif istiqamətə asanlıqla yönəlir”
Bu bardə "Sherg.az”a neftin qiymətində baş verən enmələrdən danışarkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, neftin qiymətini proqnozlaşdırmaq çox çətindir:
"Bununla bağlı proqnoz hazırlamışdıq. Proqnoza əsasən, neftin qiyməti 65 dollar olmalıydı. Amma sonrada bir neçə faktorlar prosesə təsir göstərdi. Eyni zamanda neft bazarında spekulyativ davranışlar da müşahidə olundu . Beləliklə də qiymətlər 85 dollardan təqribən bir az yüksəldi. Hazırda bu baş verənləri bir neçə əsas səbəblə əlaqələndirmək lazımdır.

Neftin qiymətində əsas artımlar məhz İran və ABŞ, Şimali Koreya və ABŞ münasibətlərnin fonunda baş verdi. Xüsusi ilə də ABŞ-ın İrana atom sazişi ilə bağlı tətbiq etdiyi sanksiyalar məsələni daha da qabartdı. Daha sonra Rusiya və Səudiyyə Ərəbistanı, İsrail və Fələstin arasındakı siyasi çəkişmələr neftin qiymətinə birbaşa təsir göstərdi. Daha sonra OPEK-in özünün də bu məsələyə əks təsirləri oldu.
OPEK ölkələrinin razılığı ilə neft hasilatının artırılmasının müzakirə olunacağı neftin qiymətində öz hökmünü göstərdi. Beləliklə də neftin qiyməti ucuzlaşmağa başladı. Hazırda neftin qiymətində ucuzlaşma davam edir. Ötən gün ABŞ administrasiyası tərəfindən OPEK-ə ciddi bir ixracatın olması və gündəlik OPEK-dən bir milyon bareldən əlavə dünya bazarlarına neft təklif edilməsi məlumatının yayılmasının qiymətlərə böyük təsiri oldu.
Bütövlükdə neft bazarlarında tələb və təklifin həcmində konkret dəyişikliklər bu sahəyə birbaşa təsir edən informasiyaların fonunda baş verdi. Eyni zamanda ABŞ siyasi dairələrindən birinin Şimali Koreya ilə bağlı danışıqların davam etdirməsinə maraqlı olması informaiyaları daxil oldu. Bu özü də növbəti dövrlərdə hasilatın müəyyən qədər azalması istiqmətində gedən məsələlər son nəticədə alışa təsir göstərməsi ilə qiymətləndirilir".
Ekspert onu da qeyd edib ki, ötən gün açıqlanan ABŞ İran yanaşması neftin qiymətlərinə əsaslı şəkildə təsir göstərir:
"Bu yanaşmaya əsasən, ABŞ İranla bağlı sanksiyalarını tətbiq etsə, bu zaman İranın dünya bazarına təklif edəcəyi neftin həcmi gündəlik təxminən bir milyon azala bilər. Orta hesabla əgər 4 milyon barel təklif edə bilirsə, bu 3 milyon barelə qədər azala bilər. Bu əvvəlki dövürlərdə qiymətlərin daha da azalmasına gətirib çıxaracaq.
Amma bununla belə gələcək 6 ayda ABŞ-ın İranla bağlı siyasətindən dolayı neftin qiymətini nəzərdə saxlamaq lazımdır. Bu 6 ayda bəzi şirkətlərin İranla neft alğı-satqısını həyata keçirmə imkanları var.
Lakin həmin altı ayda qərarlar qəbul edilməlidir. Ehtimal olunur ki, Avropa və müəyyən Asiya ölkələri ABŞ-ın İranla bağlı olan bu prosesində iştirak etməyəcək. Çünki onlar ABŞ-ın bu sanksiyalarını dəstəkləməklə prosesə qoşula bilərlər. İran Yaponiya,Türkiyə, Gürcüstan və Çin kimi ölkələrinə neft satışını davam etdirəcək. Hətta gələcəkdə Çin və Türkiyə İrandan neft idxalını artırması İranın gündəlik bazara təklif etdiyi kvotanın qorunub saxlanması prosesinə dəstək verəcək.
Bunlar baş tutarlarsa, neftin qiymətini təxminən 65 dollardan azala bilər. Amma əks halda bu şirkətlər ABŞ-ın Maliyyə Naziri tərəfindən tətbiq ediləcək sanksiyalardan çəkinərək birbaşa İranla neft alış-satış müqavilələrini dayandırarsa, gündəlik dünya bazarlarında tələb və təklif arasında bir balans yaranacaq. Bu da neftin qiymətinin yenidən artmasına gətirib çıxaracaq. Amma hələlik baş verən proseslərlə bağlı olaraq qiymətin enməsi muşahidə olunacaq”.
Qeyd edək ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 76,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,32 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 4-də 75,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 4-də 72,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,98 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 4-də 73,76 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.
Kənan Eynuroğlu