Həbsxanaların ərzaq təminatında problem yoxdur
21:17 17.02.2016
Arxiv
1207
Səadət Bənənyarlı: “Evdən sovqat daşınması isə məhbusların ev yeməyinə üstünlük verməsi ilə bağlıdır”
Cəmiyyətin inkişafının səviyyəsini qiymətləndirən meyarlardan biri müxtəlif sosial təbəqələrlə, o cümlədən cinayətkarlarla rəftardı. Son günlər Azərbaycanda da həbsxanalardakı şərait və məhbuslarla rəftar müzakirə predmetinə çevrilib.
Xüsusilə də ağır saxlanma şəraiti, məhbusların elementar hüquqlarının pozulması, onlara işgəncə verərək döyülməsi, eyni zamanda qidanın keyfiyyətində problemlərin həllini tapmaması narahatçılığa səbəb olur.
Demək olar ki, gündəlik həyatımızda hər birimiz məhbus yaxınlarının cəzaçəkmə müəssisələrinə ərzaq aparmasının şahidi oluruq. Səbəbini soruşanda isə məhbus yaxınları buna səbəb kimi həbsxanalarda verilən yeməklərin üfunət iyi verməsini göstərirlər. Yanına sovqat gəlməyən adamlar məcburən yeyir, ailəsinin maddi durumu yaxşı olanlar isə 15 gündən bir "pasılka” alır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə cəzaçəkmə müəssisələrində məhbuslara verilən yeməklərin keyfiyyəti və təminatında heç bir problem olmadığını, bu cür məlumatların əsassız olduğunu bildirib. Xidmətdən verilən məlumata görə, Xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında maddi-məişət şəraiti, o cümlədən qida rasionu qanunvericiliyin tələblərinə uyğundur və lazım olan səviyyədədir. Xüsusi kontingentin yaşayış təminatı ilə bağlı bütün ərzaq, geyim və digər sosial xidmətlər dövlət xərcləri hesabına həyata keçirilir. Məhbusların saxlanması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan digər hüquqlardan tam istifadə etmələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı dəfələrlə yaxşılaşıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qohumlarının və ictimaiyyətin nəzərinə çatdırılır ki, təqsirləndirilən şəxslərin və məhkumların hüquqları və qanuni mənafeyi dövlətimizin cəza-icra siyasətinə uyğun olaraq bütün sahələrdə tam qorunur.
Məhkumların bağlama, sovqat və banderol alması qaydalarına gəldikdə isə Xidmətdən deyilib ki, bu məsələ cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 6-cı fəslində öz əksini tapıb: "Cəzaçəkmə müəssisələrində cəza çəkən, istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumlar cəzaların icrası qanunvericiliyi ilə nəzərdə tutulmuş sayda və çəkidə bağlama, sovqat və banderol ala bilərlər. Ağır xəstə, hamilə və uşaq evlərində uşaqları olan qadın məhkumların, birinci və ikinci qrup əlilliyi olan məhkumların bağlama, sovqat və banderol almalarına məhdudiyyət qoyulmur. Həmçinin, cərimə və intizam təcridxanalarına keçirilmiş məhkumlara gətirilmiş sovqat qəbul edilmir. Onların ünvanına gələn bağlama və banderollar isə qəbul edilib məhkumlar oradan çıxdıqdan sonra verilir.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da "Şərq”ə açıqlamasında deyib ki, cəzaçəkmə müəssisələrində ərzaq təminatında heç bir çatışmazlıq yoxdur: "Biz hər dəfə CM-də monitorinqlər aparanda məhbusların qida rasionu ilə maraqlanır, anbarları yoxlayırıq. Hətta yemək saatına qalanda paylama prosesini də izləyirik. Onlara verilən ərzağın keyfiyyətsiz olduğunu düşünmürəm. Evdən sovqat daşınması isə məhbusların ev yeməyinə üstünlük verməsi ilə bağlıdır. Cəzaçəkmə müəssisələrinin ərzaq təminatı hər nə qədər yüksək səviyyədə olsa da, ev yeməyinin əvəzini vermir axı? Amma bununla belə məhbusların bir qismi sadəcə həbsxana yeməklərindən istifadə edir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat