Heç bir fərqi olmayacaq
21:41 15.02.2016
Arxiv
938
Tələbənin intellektual səviyyəsi yüksəkdirsə, təqaüd almalıdır
"Bu yaxınlarda Nazirlər Kabineti tələbə təqaüdlərinin verilməsinin yeni qaydalarını təsdiq edib”. Bu barədə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, artıq sənəd icradadır və yerlərə göndərilib: "Bu semestrdən başlayaraq həm dövlət sifarişli yerlərdə oxuyan, həm ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd almaq imkanı qazanıblar. Qaydalara müvafiq olaraq, hər bir ali təhsil müəssisəsində ixtisas üzrə dövlət sifarişinə qəbul olunanların sayı həcmində təqaüd müəyyənləşib. Bir universitetdə ola bilər təqaüd azdır, o birisində çoxdur. Bu, dövlət sifarişi ilə təhsil alanların sayı
ilə müəyyənləşir. Sənəd təxminən hər il 12 minə yaxın tələbəni əhatə edəcək. Bakalavr səviyyəsində hər kurs üzrə 11 mindən çox tələbənin təqaüd almaq imkanı yaranacaq. Eyni zamanda, yeni qaydalar magistr pilləsində hər kurs üzrə 2 mindən çox tələbəni əhatə edəcək”.
Qərarı dəyərləndirən Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev "Şərq”ə söyləyib ki, bu, işin xeyrinə olan addımdır. Ona görə ki, artıq tələbə hüquqları bərabər tutulacaq: "Yaxşı oxuyub, imtahanları əla qiymətlərlə başa vuran tələbənin ödənişli və ödənişsiz əsaslarla təhsil almasının heç bir fərqi yoxdur. Tələbənin intellektual səviyyəsi yüksəkdirsə, təqaüd almalıdır. Artıq sərəncam verilib. Çox mütərəqqi və inkişafa yönəlik işlərdir. Daha tələbələr üzərlərində həvəslə işləyəcəklər. Dərslərinə yaxşı hazırlaşacaqlar. Bir sözlə, məlum qərar tələbələr üçün stimul rolunu oynayacaq. Həm bilik mənimsəyəcəklər, həm də nəticələri yüksək dəyərləndiriləcək. Bunu çox yüksək qiymətləndirirəm. Arzu edirəm ki, bütün sahələrdə çalışanların zəhməti yüksək dəyərləndirilsin”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat