"Heç bir məhkuma işgəncə verilmir" - Penitensiar xidmət
15:58 05.02.2019
Arxiv
519
Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir :
"Bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər.
Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişdir.
Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir.
Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq.
Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olara baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol