Heç kəs inanmırdı: Amma o yaratdı

52 yaşlı Joanne Ussary, təqaüdə çıxdıqdan sonra yeni bir ev axtarışına başlayıb.
Nəhayət hava limanında çalışan bir qohumunun vasitəsi ilə dəmir-dümürə çevrilmiş "Boeing 727” təyyarəsini 2000 dollara alır. Joanne üçün sonrakı adım təyyarəni göl kənarına daşımaq idi. Joanne, 127 metr uzunluğunda olan təyyarəni nəql etmək üçün bir daşıma şirkəti ilə razılaşır.
Joanne təyyarəni Benoitdəki göl kənarına daşıdıqdan sonra işlərə başlayır. Bütün yeniləmə işlərinin başında şəxsən özü dayanır, hər şeylə maraqlanır və 24.000 dollar xərcləyir.
Yenilənən təyyarə, müasir bir evə çevrilir. Uzaqdan idarə olunan nərdivanlar, üç yataq otağı, bir qonaq otağı, yemək otağı, tam təchizatlı mətbəx, duş otağı ilə birlikdə köhnə "Boeing 727” müasir və rahat bir ev halına gətirilir.
Ölkədəki ev qiymətlərinin ortalama 200.000 $ olduğu halda, Joanne bi işdən qazanclı çıxır. Ev krediti, ipoteka kimi işlərlə məşğul olmadan təqaüdçü fərqli ev sahibi olur.
"Boeing 727” müasir bir evə çevrildikdən sonra Joanne ona bir ad vermək istəyir. Donald Trampın 16 milyon dollarlıq təyyarəsindən ilham alan Joanne ona "Little Tramp” (Kiçik Tramp) adını verir. Bu fikir mediada da böyük marağa səbəb olur və "Today Show”, "The David Letterman Show” kimi TV şou proqramlarında paylaşılır.

Proyektin mətbuatda da əks-səda yaratmasının ardından Joanne bu vəziyyətdən faydalanmaq istəyir. 1999-cu ilin may ayında, evini 2 km uzaqlıqdakı ictimai bir sahəyə daşıyaraq sərgiləməyi planlayır. Ancaq işlər planladığı kimi getir. Təyyarə ev, yük maşınının üzərindən düşür və ciddi ziyan görür.
Joanne "Boeing 727”i alıb bir evə çevirməsi bir çox insana xəyallarının arxası ilə getməsi üçün ilham verir. "Little Tramp” bu gün var olmasa da, bir "Boing 727”in otelə çevrilməsinə vəsilə olur.
Gecəsi 300 avro olan otel, yağış meşələrinin içində yer alır. Təyyarə həvəskarları, bir zamanlar Kolombiyalı Avianca Hava yolları ilə dünyanın dörd bir tərəfindən sərnişin daşıyan 1965-ci il istehsalı olan " Boeing 727”də yerləşmək şansı əldə edə bilir.