Heç kimə pulsuz mənzil verilməyəcək
21:48 05.02.2016
Arxiv
731
Böhran aradan qalxmayana qədər Rövnəq Abdullayevin arzusu reallaşmayacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb. Bu barədə qurumun prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə məlumat verib. O qeyd edib ki, məsələyə dair Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparılıb və razılıq alınıb.
R.Abdullayev Qaradağ, Pirallahı və şirkətin torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınacağını bildirib. Onun sözlərinə görə, proqramın icrasına gələn həftədən başlanılacaq: "Bütün neftçi gəncləri evlə təmin etməyə çalışacağıq və proqram gələn həftədən başlanacaq. Artıq SOCAR-ın bir neçə idarəsinə tapşırılıb və hazırlıq işləri görülür. Hər idarəyə imkan yaradılacaq ki, torpaq sahəsi götürsün”. Həmçinin R.Abdullayev qeyd edib ki, neftçilər təqdim olunacaq uzunmüddətli kreditlər üzrə əmək haqqından tutulmaqla ödəniş həyata keçirəcəklər.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı”Şərq”ə deyib ki, bunu R.Abdullayev iki il əvvəl desə idi, inanmaq olardı: "Birincisi, ARDNŞ heç kimə pulsuz mənzil verməyəcək. Çünki indi Sovet vaxtı deyil. Əlbəttə, neftçilərə evlərin verilməsi yaxşı hal olardı. Amma bu real görünmür. Ona görə ki, ölkədə böhran yaşanır. Yəni arzu imkanlarla uzlaşmayanda gerçəkləşmir. Buna böyük məbləğdə vəsait lazımdır. Böhran aradan qalxmayana qədər R.Abdullayevin arzusu reallaşmayacaq. Sözügedən müəssisənin qarşısında həllini gözləyən kifayət qədər problem var. Buna misal olaraq "Günəşli” yatağını göstərə bilərik. Bu platformada baş verən yanğın nəticəsində ölkəyə ciddi ziyan dəydi. Doğrudur, burada ən böyük ziyan insan tələfatıdır. Bundan sonra iqtisadi zərərdir. ARDNŞ vəziyyətini düzəltmək üçün köhnə yataqlara sərmayə qoyulmalıdır. Bir daha qeyd edirəm ki, R.Abdullayevin fikirləri və təklifləri müsbət olsa da, bu vədin gerçəkləşməsi böhran ötüşəndən sonra başlanıla bilər. Allah eləsin proqnozlarım səhv olsun. Amma mənə elə gəlir ki, gənclər orta yaşlarına çatanda həmin evləri alacaq”.
M.Qəhrəmanlı qurumdakı ixtisarlardan da söz açıb: "Hər il ARDNŞ maliyyə durumuna, hasil etdiyi neftin miqdarına və qiymətinə uyğun olaraq ixtisarlar aparırdı. Bu il isə ixtisarlar ölkə başçısının tapşırığı ilə müvəqqəti olaraq saxlanılır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat