“Həftə içi”nin əməkdaşları iş başındadırlar
21:44 18.02.2016
Arxiv
1412
Qəzetin bağlanması xəbəri həqiqətə uyğun deyil
Ötən gün bəzi informasiya portallarında "Həftə içi” qəzetinin və "hafta.az” saytının işçilərinin ixtisar edilməsi və adıçəkilən mətbu oqranların bağlanması barədə dezinformasiyalar yayılıb.
Texniki səbəblərdən saytlarda gedən həmin yanlış məlumat qəzetimizdə də dərc olunub. Yayılan xəbərlərlə bağlı mətbuata açıqlama verən "Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova qəzetin bağlanması xəbərini təkzib edib. Hazırda iş başında olduğunu deyən baş redaktor deyib ki, məlum maliyyə problemləri ilə əlaqədar qəzetdə ixtisarlar ola bilər, lakin bu, qəzetin tam bağlanması anlamına gəlmir: "Qəzet 4 səhifəlik də olsa, fəaliyyətini davam etdirir. "Həftə içi”nin bağlanacağı ilə bağlı yayılan məlumatlar doğru deyil. Çap xərclərinin artması ilə bağlı mətbuat orqanının səhifələri müvəqqəti olaraq azaldılıb. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu vasitəyə tək "Həftə içi” qəzeti yox, ölkənin bir sıra tanınmış gündəlik mətbuat orqanları da əl atıblar. Problem təkcə bizə aid deyil. Bütün çap mediası hazırda bu vəziyyətdədir”. Baş redaktor bildirib ki, işdən çıxarıldığı bildirilən əməkdaşlardan Vüsal Tağıbəyli, Sevinc Osmanova, Qələndər Xaçınçaylı redaksiyadadırlar və öz fəaliyyətlərini davam etdirirlər: "Digər əməkdaşımız Tural Turan isə səhhətində yaranmış problemlərlə bağlı bir aylıq müalicə üçün icazə alıb. Yalnız bir-iki əməkdaşımızın fəaliyyətinə son qoyulub ki, bu da qəzetin və saytın normal rejimdə fəaliyyət göstərməsinə heç bir təsir göstərməyib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual