Həkimlər gözləməyi məsləhət bilirlər
21:56 23.02.2016
Arxiv
862
Jurnalistin atasının səhhətində irəliləyiş yoxdur
Tanınmış jurnalist İmdad Əlizadənin atası, yazıçı-publisist Əli Əliyevi "Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib.
Əli Əliyevin vəziyyəti ilə bağlı oğlu İmdad Əlizadənin özü ilə əlaqə saxladıq. "Şərq”ə danışan jurnalist atasının vəziyyətinin əvvəlki kimi ağır olaraq qaldığını deyib: "Həkimlər atamın vəziyyəti ilə bağlı irəliləyişin olmadığını deyir. Dərin komada süni nəfəs aparatına qoşuludur. Onu fevralın 22-də, axşam saatlarında Mərkəzi Klinik Xəstəxanaya köçürmüşük. Bundan əvvəl 1 saylı Şəhər Klinik Xəstəxanasının ("Semaşko”) reanimasiya şöbəsində yerləşdirilmişdi, orada da komada idi. Həkimlər Mərkəzi Klinik Xəstəxanada yenidən müayinə ediblər, vəziyyəti hələ ki, ağırdır”.
İmdad Əlizadənin sözlərinə görə, hadisənin baş verməsindən 10 gün keçməsinə baxmayaraq, Ə.Əliyev xəstəxanaya necə daxil olubsa, indi də eyni vəziyyətdədir: "Həkimlərin gözlədiyi daxili orqanlardakı fəsadlar artıq özünü göstərməyə başlayıb. Mərkəzi Klinik Xəstəxanada ağır kəllə beyin travması və beyin kötüyünün zədələnməsi diaqnozu qoyuldu. Ayağının baldır hissəsində yerini dəyişmiş qəlpəli sınıqlar var. Mərkəzi Klinik Xəstəxanada edilən tomoqrafik müayinə zamanı qabırğasının da sındığı bilindi. Həkimlər yalnız gözləməyi məsləhət bilirlər. Dəqiq bir söz, proqnoz deyə bilmirlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya