Sosioloq, professor Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında fəaliyyət sahəsi ilə əlaqədar uzun müddət müxtəlif sahələr üzrə peşəkarlaşmış mütəxəssislərlə ünsiyyətdə olduğunu deyib:
Həkimlər, MEHRİBAN olun !
16:00 06.08.2018
Arxiv
1138
Əhməd Qəşəmoğlu:"Alimlərimizə, həkimlərimizə xarici ölkələrdə qiymət verilir. Amma ölkəmizdə həmin adamların potensialından istifadə edilmir"
Sosioloq, professor Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında fəaliyyət sahəsi ilə əlaqədar uzun müddət müxtəlif sahələr üzrə peşəkarlaşmış mütəxəssislərlə ünsiyyətdə olduğunu deyib:
Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb. Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu "Könüllülər dərnəyi”nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkimqrupu tərkibində Nigerə gedib. O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib və xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyub.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib vəM.Əlizadənin bu uğuru təqdir olunub. Istifadəçilər hesab edir ki, Azərbaycanda bu cür savadlı və istedadlı həkimlərimiz olduğu halda onların potensialından düzgün istifadə olunmur. Bizdə daha çox sol ayaq əvəzinə sağ ayağı kəsən həkimlər təbliğ olunur. Xeyli sayda savadsız həkim hansısa yolla telekanallara çıxıb veriliş açır və son nəticədə insanların həyatı ilə oynayırlar. Savadlı həkimlər kənarda qalır, onların yerini səriştəsizlər və savadsızlar tutur.
Sosioloq, professor Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında fəaliyyət sahəsi ilə əlaqədar uzun müddət müxtəlif sahələr üzrə peşəkarlaşmış mütəxəssislərlə ünsiyyətdə olduğunu deyib: "Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda qabiliyyətli və istedadlı insanların sayı həddindən artıq çoxdur. Tibb, elm, mühəndis sahəsində bizim peşəkar insanlarımız var. Dövlət qulluğunda çalışdığım dönəmdə qəbulumda olan mütəxəssislər laqeydlikdən narazılıq edirdilər. Mənim də gücüm çatmırdı ki, onların fəaliyyətlərinə şərait yaradım.
Problemin kökü buradan qaynaqlanır. Alimlərimizə, həkimlərimizə xarici ölkələrdə qiymət verilir. Amma ölkəmizdə həmin adamların potensialından istifadə edilmir. Şəxsən mənim təqdim etdiyim "Ahəngyol” nəzəriyyəsi dünyanın bir çox ölkələrində yayılıb. 15 ölkədə təqdimatı keçirilib. Hazırda dünyada çox uğurla da yayılır. Amma Azərbaycanda bu nəzəriyyəyə yiyə duran yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olduğum halda rəhbərlik bu nəzəriyyəyə 100 manat xərcləmək istəmir. "Ahəngyol” nəzəriyyəsi orta əsr İslam fəlsəfəsindən doğan bir fəlsəfədir və dünya üçün çox faydalı ola bilər. Mən çox istərdim ki, bu mənim nəzəriyyəm kimi yox, bir Azərbaycan elminin brendi olaraq dünyada tanınsın. Xarici ölkələrdə bu gün "Ahəngyol” nəzəriyyəsinə daha böyük maraq var, bizdə isə elə də önəm vermirlər”.
Sosioloqun sözlərinə görə, Azərbaycanda natamamlıq kompleksi var. hansısa yollarla vəzifəyə keçən insanlar öz gücü hesabına uğur əldə edən insanlara maneələr çıxarırlar:
"Bu məsələ ölkəmizdə çox aktualdır. Heç bir rəhbər işçisinin özündən daha qabiliyyətli olmasını istəmir. Ölkəmizdə kifayət qədər mütəxəssislər yetişir, amma ona arxa durub, irəli getməsinə təkan verən olmur. İnsan faktoru önə çəkilmir. Sizi inandırım ki, öz sahəsinin peşəkarı olan bir professor ölkə üçün ən bahalı silahdan, hərbi sursatdan daha artıq işlər görə bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya