Həkimlərin qərarı bəlli oldu

Aşıq Azərə mütləq qaraciyər köçürülməlidir



Vəziyyəti pisləşən və Türkiyəyə aparılan Aşıq Azər Xanlaroğlu ilə bağlı həkimlərin qərarı bəlli olub.
Bacısı oğlunun sözlərinə görə, Aşıq Azər ölkənin məşhur xəstəxanalarının birində müayinə olunub. Həkimlər sənətçiyə qaraciyər köçürülməsi əməliyyatının vacibliyini bildiriblər. Analizlərin cavabı bu gün bilinəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, Aşıq Azər bir müddət Musa Nağıyev adına 1 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiyada yatıb. Həkimlərin sözlərinə görə, aşığın təcili əməliyyata ehtiyacı var. Elə Türkiyədə də Aşıq Azərin təcili əməliyyat olunması tövsiyə edilib. Əməliyyat xərci, qaraciyər tranplatasiyası əməliyyatı bahalı olduğundan hələ də Aşıq Azər lazım olan məbləği düzəldə bilməyib. Aşığın sənətçi dostları onun müalicəsi üçün konsert təşkil etsələr, şəxsən ona maddi köməklik göstərsələr də, tam məbləğ yığılmayıb.

Tahirə