Hələ tapılmayan şəhidimiz var...

Bulvarda gitaraçı gənclərə qadağa qoyulub



Cəbhədə şəhid olan əsgərlərimizin ruhuna hörmət əlaməti olaraq Milli parkda musiqili əyləncələr qadağa olunub.

"Şərq” qəzeti xəbər verir ki, bu barədə parkın mühafizə xidmətindən bildirilib. Məlumata görə, bu yasaq bir müddət davam edəcək: "Hər birimiz vətən yolunda böyük şücaətlər göstərərək şəhidlik zirvəsinə yüksələn qardaşlarımızın ruhuna sayğı ilə yanaşmalıyıq. Hələ meyiti tapılmayan şəhidimiz var. Ona görə də, gitaraçı gənclərdən xahiş olunur ki, gəlib burada çalıb-oxuyub camaatı başlarına yığmasınlar. Axı biz şəhid vermişik. Olmaz belə. Şəhidlərimizin qanı heç qurumayıb, amma bizim bəzi gənc bəy və xanımlarımız gəlib, romantik, duyğusal mahnılar oxuyurlar. Bu günlərdə dəfələrlə belə halla rastlaşmışıq, lakin onlara icazə verməmişik. Qarşısını almışıq. Bu cür gənclərdən xahiş olunur ki, diqqətli olsunlar. Şəhidlərimizin ruhuna hörmət və məhəbbət ən müqəddəs borcumuzdur”.

Ayyət