“Həm oyunçunu baha qiymətə satacaqdılar, həm də erməni lobbisi istəyinə nail olacaqdı” – Alınmadı





"Mxitaryan üzərindən Azərbaycan haqqında əsassız şayiələrin yayılması ən başından bəri erməni lobbisinin fəaliyyətinin təzahürü idi”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Analitik bildirib ki, erməni oyunçunun şəxsi maraqları da buna imkan verir. "Arsenal” klubunun onu satacağını bəyan etməsi də bunu göstərir:

"Deməli, həm oyunçunu baha qiymətə satacaqdılar, həm də erməni lobbisi öz istəyinə nail olacaqdı. İlk variantda uğur əldə edə bilərlər, yəni Mxitaryanın qiyməti bahalaşa bilər. Lakin, ikinci cəhdləri tamamilə uğursuz olacaq və artıq olmaqdadır. 

"Arsenal” oyunçuları və minlərlə azarkeş ölkəmizdədir. Böyük Britaniyanın Azərbaycandakı səfiri də ötən günlərdə oyun haqqında fikirlərini bölüşdü. 

Səfir Azərbaycanın bu kimi tədbirlərə kifayət qədər uğurla ev sahibliyi etdiyini və turistlərin tam təhlükəsiz şəkildə səyahət etdiklərini açıqlayıb. Azərbaycan artıq bu tip tədbirlərin vətəni kimi özünü dünyaya tanıtdırıb. Erməni lobbisinin fəaliyyəti öz təsir gücünü itirməkdədir”.

İsmayıl