Həmsədrlər, sadəcə çalışırlar ki, proses hərbi müstəviyə keçməsin

Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə ediləcək





ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair növbəti "twit”ini yazıb.

O bildirib ki, sözügedən münaqişə Vaşinqtonda müzakirə ediləcək: "ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”.

Həmsədrlərin görüşünü şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında söyləyib ki, onları proseslərin hərbi müstəviyə keçməsinə imkan vermirlər: "Çünki bu görüşlər olmasa, problem böyüyər və atəşkəs rejimi pozular. Bu səbəbdən həmsədrlər məcburdurlar ki, kosmetik görüşlər təşkil etsinlər. İndiki şərtlər problemin həllinə imkan vermir. Hesab edirəm ki, bu, formal görüş olacaq”.

Ayyət Əhməd