
Hər gün 3-5 qəpik bahalaşma... – Sahibkarların qiymət “oyun”u
09:15 10.05.2019
Arxiv
752
Son günlər bəzi məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Alıcılar meyvə-tərəvəzlərin, yağın, un məmulatlarının qiymətinin artdığını iddia edirlər.
Əksər məhsulların qiyməti hər gün 3-5 qəpik də olsa, bahalaşır. Bir çoxları bunu bazar iqtisadiyyatının yazılmamış qanunları adlandırır. Lakin məlum durum istehlakçıların narazılığına səbəb olur.
Ərzaq məhsullarının bahalaşmasında obyektiv və subyektiv səbəblərin olduğunu deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az”a bildirib ki, dünya bazarında taxılın və unun qiyməti artdığı üçün bu Azərbaycana da təsir göstərir.

Ekspert bildirib ki, şirniyyat məhsullarında və müxtəlif un məmulatlarında qiymət artımına səbəb Azərbaycanın başqa ölkələrdən buğda idxal etməsidir:
"Özümüzü keyfiyyətli buğda istehsalı baxımından tam təmin edə bilmirik. Bu problemlər olduğu üçün mütləq qonşu ölkələrdən, əsasən də Qazaxstandan və Rusiyadan taxıl almaq məcburiyyətindəyik. Bu da qiymətlərin artmasına təsir edir.
Bahalaşmanın obyektiv səbəblərdən biri də odur ki, indi mövsümlə əlaqədar bəzi məhsulların bazara tam çıxmadığını görürük. Ona görə də bazarda daha çox xaricdən gətirilən məhsullar üstünlük təşkil edir. Əsasən də kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etdiyini nəzərə alsaq, bu bahalaşmaya təsir edən amillərdən biridir.
Bahalaşmaya səbəb olan subyektiv amillər də var. Təəssüf ki, Azərbaycanda təqribən Novruz bayramından etibarən məhsulların yay mövsümünün əvvəlinə qədər bahalaşadığını müşahidə edirik. Bu, hər zaman belə olub”.
İqtisadçı vurğulayıb ki, bahalaşmaya səbəb olan məqamlardan biri də bazarda rəqabət mühitinin kifayət qədər oturuşmamasından qaynaqlanır:
"Rəqabət məcəlləsinin qəbul olunması və rəqabət mühitinin daha geniş formada yaradılması qiymətlərin tənzimlənməsində mühüm rol oyanaya biləcək amillərdəndir. Amma bir tərəfdən yayın əvvəlindən başlayaraq ən azından kənd təsərrüfatı məhsullarında qiymətin sabitləşməsi, hətta ucuzlaşması baş verə bilər. Bu mövsümdən irəli gələn məqamdır.
Qiymətlərin tənzimlənməsi təqribən oktyabr ayına qədər davam edə bilər. Əsasən meyvə-tərəvəzlərdə, kənd təsərrüfatı məhsullarında qiymətlərin ucuzlaşmasını görəcəyik. Amma noyabr ayından başlayaraq Yeni il ərəfəsində növbəti qiymət artımı dalğasını görə bilərik. Çünki Azərbaycanda pis ənənə formalaşıb. Həmişə Yeni il və Novruz qabağı qiymətlərin daha sürətlə artmasının şahidi oluruq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya