"Hər kəs hazır olsun" - Türkiyəyə zəlzələ XƏBƏRDARLIĞI





İzmirin Karaburun mahalında 4,9 və 4 bal gücündə ard-arda daha iki zəlzələ olub.

Son bir saat ərzində Rixter şkalası ilə ən güclüsü 4,9 bal gücündə olmaqla 20-yə qədər yeraltı təkan qeydə alınıb. 

Türkiyə Fövqəladə Hallar İdarəsindən (AFAD) bildirilib ki, bir çox rayonla əlaqə təmin edildi. Can və mal itkisi yoxdur.

AFAD zəlzələnin gücünün 6.2 bal gücündə olduğunu qeyd edib. Karaburun Baş məmuru vətəndaşların küçəyə axışdığını deyib. Zəlzələ İstanbul da daxil olmaqla 5 şəhər və Yunanıstanda hiss olunub. Yaxınlarını axtaranların telefon xətləri bağlanıb.

--------

17:26

Egey dənizində 6,3 bal gücündə zəlzələ baş verdiyi və təkanların İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss edildiyi haqda məlumat vermişdik.

Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, geofizika mütəxəssisi Yrd.Doç. Dr. Oğuz Gündoğdu zəlzələnin ardından dərhal etdiyi açıqlamada bunun gözlənilən olduğunu deyərək, növbəti təkanların olacağı ilə bağlı xəbərdalıq edib: "Bu zəlzələnin ardından yüzdə-yüz ardıcıl zəlzələlər də olacaqdır. Həmin zəlzələlərin gücü Rixter şkalası ilə 4 və ya 5 bal ola bilər. Hər kəs hazırlıqlı olsun. Bölgədə gözlənilən bir zəlzələ idi."

Yrd.Doç. Dr. Oğuz Gündoğdu açıqlamasında zəlzələnin Yunanıstanda belə hiss edildiyini bildirib.