Hərbi Polis İdarəsinin rəisi işdən çıxarıldı




Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib.

Sherg.az APA-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə nazirinin digər əmri ilə bu vəzifəyə polkovnik Vasif Məmmədov təyin edilib.