Hərbi toqquşmalar olarsa, İranda sosial şəbəkələr bağlanacaq




ABŞ ilə müharibə olarsa, İranda bütün sosial şəbəkələr bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Mülki Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali deyib.

O bildirib ki, yerli sosial şəbəkələrin olmaması ABŞ-a imkan verir ki, əhalinin psixoloji vəziyyətinə təsir göstərsin. Sosial şəbəkələrlə ABŞ vətəndaşları yalan informasiyalarla çaşdıra bilər. Bu səbəblərə görə, hərbi toqquşma ehtimalı olarsa, mütləq sosial şəbəkələr bağlanmalıdır.