Bildiyimə görə, Qaradağ rayonunda sahibsiz heyvanların saxlanılması üçün böyük bir sığınacaq tikilir. Eyni zamanda ayrı-ayrı insanlar müxtəlif yerlərdə küçədə qalmış heyvanlar üçün sığınacaqlar təşkil edirlər. Ümumiyyətlə, bütün insanlar dərk etməlidirki, bu dünyaya göndərilmiş bitkilər, heyvanlar və insanların vaxtından əvvəl qəsdən öldürülməsi "həyat zənciri”nin məhvinə doğru gedir. Bizlər sanki bütün çətinliklərimizi, əzablarımızı təbiətdə olan bitki və heyvanlardan çıxarmağa çalışırıq. Amma belə etməklə özümüzü daha da quyunun dibinə atmış oluruq. Məncə, ölkəmizdə bu yöndə məsuliyyət gücləndirilməlidir. Bununla bağlı qanunvericilik aktında cəzalar ağırlaşdırılmalıdır. Məsələn, bəzən biz yolda iti və ya pişiyi maşınla əzib, heç nə olmamış kimi üstündən keçən insanları çox görmüşük.
Heyvanları öldürməyin !
10:43 03.08.2018
Arxiv
2316
Bəzi insanlarda sahibsiz heyvanlara qarşı aqressiya bitib tükənmir. Demək olar ki hər gün sosial mediada sahibsiz heyvanların amansızcasına öldürülməsi və ya onlara ağır işgəncələrin verilməsinə dair görüntülərlə qarşılaşırıq. Əlbəttə, bu hal istər sosial şəbəkələrdə, istər mətbuatda, istərsə də cəmiyyətdə ciddi qınaq predimetinə çevrilir.
Tanınmış kulturoloq Aydın Xan Əbilov da "Sherg.az”a açıqlamasında məlum vəziyyətin mövcud olduğunu bildirərək, bu qəddarlığa yol verən insanları sərt tənqid etdi:
"Uşaq vaxtlarından insanların küçədə, şəhərdə, kənddə bu kimi hadisələrə fikir vermədiyinə görə, cəmiyyətimizdə get-gedə aqressivləşmə, psixoloji gərginlik, cinayət hallarının artması, ölümün adiləşməsi aktuallaşır. Uşaqlıqdan sahibsiz itlər və pişikləri öldürənlər böyüyəndə ən qəddar cinayətkarlar olurlar. Beləliklə də, onlar üçün başqa birini döymək, öldürmək, incitmək adi bir hala çevrilir. Yaxşı ki hüquq -mühafizə orqanları belə insanlara qarşı çox kəskin mübarizə aparırlar. Bununla yanaşı bəzi insanların küçədə yaşayan sahibsiz heyvanlara humanist münasibət göstərməsi ilə də rastlaşırıq. Amma belə insanların sayı azdır. Mülki vətəndaşlarla yanaşı bəzən müəyyən qurumların işçiləri də heyvanları kütləvi şəkildə öldürür.
Bildiyimə görə, Qaradağ rayonunda sahibsiz heyvanların saxlanılması üçün böyük bir sığınacaq tikilir. Eyni zamanda ayrı-ayrı insanlar müxtəlif yerlərdə küçədə qalmış heyvanlar üçün sığınacaqlar təşkil edirlər. Ümumiyyətlə, bütün insanlar dərk etməlidirki, bu dünyaya göndərilmiş bitkilər, heyvanlar və insanların vaxtından əvvəl qəsdən öldürülməsi "həyat zənciri”nin məhvinə doğru gedir. Bizlər sanki bütün çətinliklərimizi, əzablarımızı təbiətdə olan bitki və heyvanlardan çıxarmağa çalışırıq. Amma belə etməklə özümüzü daha da quyunun dibinə atmış oluruq. Məncə, ölkəmizdə bu yöndə məsuliyyət gücləndirilməlidir. Bununla bağlı qanunvericilik aktında cəzalar ağırlaşdırılmalıdır. Məsələn, bəzən biz yolda iti və ya pişiyi maşınla əzib, heç nə olmamış kimi üstündən keçən insanları çox görmüşük. Yaxşı ki polislər dərhal onları tapıb cəzalandırır. Amma həmin cəzalar da kifayət etmir. Çünki get-gedə bunun azalması yerinə çoxalmasının şahidi oluruq. Televizyalar maarifləndirmə işləri aparmalıdır. Bəzi insanlar başa düşməlidirlər ki, sahibsiz heyvanların öldürülməsi təbiətdə tarazlığın pozulması deməkdir. Bəzən aramızda heyvanların cəsədini basdıran insanlar gördükdə onlara gülürük. Özümüzə görə buna haqq verməsək də, amma başa düşmürük ki, onların cəsədləri ətrafda qaldıqda onun viruslar ətrafı bürüyəcək. İnanıram ki , yaxın gələcəkdə bu məsələ ilə bağlı müəyyən addımlar atılacaq. Çünki insanlar qanunun sərt üzünü görəndə mərhəmətə gələcəklər”.
A.Əbilov onu da bəyan edib ki, bəzən cəmiyyətdə bu mövzu ilə bağlı tükürpərdən hadisələrin şahidi oluruq:
"Bu yaxınlarda paytaxda bir gənc pişiyi zorlamışdı. Əslində buna qarşı çox böyük ictimai qınaq olmalı idi. Çünki səs çıxartmadıqda heyvanlarla cinsi əlaqədə olan, kəsmək üçün apardığı dananı maşının arxasında sürükləyən və ona əzab, əziyyət verən insanların daha da çoxalacağını müşahidə edəcəyik. Bunlar qeyri-insani rəftarlardır. Həm dində, həm də elmdə göstərilir ki, kəsilmək üçün nəzərdə tutulan heyvanları incitmək olmaz. Bəzi insanlarımız özlərini daş dövündəki kimi aparırlar. Necə ki həmin vaxtlar insanlar heyvanları daşla ovlayırdı, indi də elə etmək istəyirlər. Son zamanlar dünyada gənclərin cinayət hadisəsi törətməsi, insan öldürməsi kimi olayların kökünü araşdırsaq, ilkin səbəb təbiətdə heyvanlara qarşı münasibət olacaq. Məncə, hər kəs bir insan olaraq buna diqqət verməlidir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya