Hicran Hüseynova 170 minlik rüşvət barədə: "Hər şey məlum olacaq"
13:35 19.02.2016
Arxiv
745
"Araşdırsınlar ki, kimin günahı var"
"Səfər İmanovun hazırda harada olduğunu bilmirəm. Gərək hüquq-mühafizə orqanları onu axtarıb tapsın”.
Bunu APA-nın Qarabağ müxbirinə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova komitənin külli miqdarda dələduzluqda faktı ilə bağlı ittiham olunaraq ölkədən qaçmış keçmiş aparat rəhbəri Səfər İmanovla bağlı suallara cavab olaraq bildirib: "Biz öz mövqeyimizi bildirmişik. Həmin mövqe komitənin saytında da yerləşdirilib. Hazırda istintaq, araşdırma gedir, istintaq bitəndə hər şey məlum olacaq”.
H. Hüseynova mətbuatda barəsində səslənən rüşvət alma ittihamlarına da münasibət bildirib: "Əlbəttə, bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz. Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz. Xüsusilə də dövlət məmurları haqqında belə yazıları yazanda fikirləşmək lazımdır”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. Vəkil Adəm Məmmədov APA-ya açıqlamasında S. İmanovun vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını bildirib.
Vəkil S. İmanovun bu il yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyini də deyib.
E. Kərimov isə mətbuata açıqlamasında rüşvət qalmaqalında AQUPDK sədri H. Hüseynovanın adını hallandırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitəsindən APA-ya bildirilib ki, Komitənin sabiq Aparat rəhbəri S. İmanovun rüşvətxorluq və insanları aldatmaq ilə bağlı əməlləri barədə vətəndaşlar tərəfindən müraciətlər daxil olub.
5 fevral 2016-cı il tarixində bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
**
Bir müddətdir adı 170 minlik rüşvət qalmaqalında hallanan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova barəsində yazılanlara münasibət bildirib.
Lent.az-ın Aznews.az-a istinadən xəbərinə görə, H. Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib: "Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbəttə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib?"
H.Hüseynova jurnalistlərə də çağırış edib: "Jurnalistlərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə, dövlət məmurları haqqında belə şeyləri yazanda fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual