Hikmət Hacıyev: “Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir"
11:10 24.02.2016
Arxiv
583
"Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bu mövqe Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində bir daha əksini tapıb".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında tanınmamış Abxaziyanın qondarma "Dağlıq Qarabağ Respublikası” ilə vizasız rejimə keçməsi barədə suala cavabında deyib. O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur: "Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol