Hirkan Milli Parkında baş verən yanğın söndürülüb - YENİLƏNİB
06:34 28.07.2018
Arxiv
581
Fövqəladə Hallar Nazirliyi Hirkan Milli parkında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, 27.07.2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonunda yerləşən Hirkan Milli Parkın ərazisində yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Yanğın nəticəsində parkın ərazisində 10 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saatlarında söndürülüb.
***
09:48
İyulun 27-si saat 23:00 radələrində Lənkəran rayonunun Şovu kəndinin yaxnlığında başlayan yanğın sonradan kəndin sərhədində yerləşən Hirkan Milli Parkının ərazisinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal ETSN-nın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri və texnikası, həmçinin mülki əhali cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.
Yanğının dik yamac boyu sahələri əhatə etməsi səbəbindən əsasən quru ot və kol-kos yanıb. Milli parkın meşə örtüyünə ziyan dəyməyib. Ümumilikdə yanğın 0,6 hektar sahəni əhatə edib.
Yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm