“Hökumət turistlərə görə İranla təcili danışıqlar aparmalıdır”




Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.
Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər.

"Azərbaycana gələn turistləri ilk andan piss təssüratla yanaşmamsı üçün ciddi işlər görmək lazımdır” – deyən millət vəkili Hadi Rəcəbli deyib ki, Novruz bayramı ərəfəsində İrandan Azərbaycana 500 avtobusdan çox turist gələcək. Deputat deyib ki, bu məsələdə bir az problem var: 

"Azərbaycanın gömrük orqanlarının istəyindən asılı olmayaraq İran tərəfi bir növbəli rejimdə 8 saat işləyir. Bax 8 saatlıq iş rejimi Azərbaycana gələn turistlər üçün problemlər yaradacaq. Bu qədər turist gömrük məntəqəsində düşməsi gömrükdə ciddi problemlərə gətirib çıxaracaq. Yəni 500 avtobusla gələn oraya töküləcək və orada gərginlik olacaq. Bununla da ölkəyə gələn turist Azərbaycan haqqında ilk andan pis təəssüratla rastalaşcaq. Düşünürəm ki, hökumət təcili olaraq İran tərəfi ilə danışıqlar aparıb bu problemin həllinə nail olmalıdır”