Hollandiyalı basketbolçu məğlubiyyətlərindən danışdı





3X3 növü üzrə qadınlar arasında basketbol yarışlarında yığmamıza məğlub olan Hollandiya komandasının 1 nömrəli formasını daşıyan Jinka Qolçalk məğlub olmalarına səbəb kimi oyun gedişatında etdikləri səhvlərlə əlaqələndirib. Jurnalistlərin suallarını cavablandıran J.Qolçalk növbəti oyunlarda belə səhvləri təkrar etməməyə çalışacaqlarını bildirib.
Qadın basketbolçu Avropa Oyunlarının təşkilindən də yüksək dərəcədə razıdır: " Kompliment kimi səslənsə də həqiqətən yarışlar çox gözəl şəkildə təşkil olunub. Arenalar lazım olan hər bir avandıqla təchiz olunub”.

Vüqar