Hücumu törədənin polis olduğu bildirilir - Foto

Rusiyanın Ankarakı səfiri Andrey Karlov, Ankarada qatıldığı bir sərgidə silahlı hücuma məruz qalıb. Hücumda səfirlə yanaşı daha 3 nəfər yaralanıb. Sui-qəsdi təşkil edən təcavüzkar polisin təşkil etdiyi əməliyyatda öldürülüb.
Rus səfirin ağır yaralı halda hadisə yerinə yaxın olan xüsusi bir xəstəxanaya çatdırıldığı, həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını itirdiyi bildirildi.
Hücumu törədənin polis olduğu bildirilir. Hadisə şahidlərin dediyinə görə, qatil deyib ki, polis gələnə qədər burdan çıxmayacaq, salondan ancaq ölüsü çıxacaq.