İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq
05:32 30.03.2017
Arxiv
348
İbtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlər çıxarılacaq.
Sherg.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ibtidai siniflərin "Azərbaycan dili" dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, "Musiqi" və "Təsviri incəsənət" dərsliklərinə isə ağır terminlərin daxil edilməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, məzmun baxımından səlis olmayan şeirlərin dərsliklərə daxil edilməsi halları var: "Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir".
Dərsliklərə bəzi lazımsız terminlərin daxil edilməsi ilə də razılaşan A.Əhmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsində belə hallar tədricən aradan qaldırılır:
"Yeni standartlarda biz onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, "Musiqi" dərsi mahnı oxumaq, "Təsviri incəsənət" dərsi şəkil çəkmək dərsidir. Xeyr, belə deyil. Bu fənlərin məqsədi tamam başqadır".
A.Əhmədov qeyd edib ki, "Musiqi" və "Təsviri incəsənət" fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirilməkdir:
"Biz həm də şagirdin şəxsiyyət kimi formalaşdırılmasından danışırıq. Şəxsiyyət o demək deyil ki, o, fizikanı, riyaziyyatı bilir. Onun başqa keyfiyyətləri də olmalıdır. Uşaq bilməlidir ki, kvartet, orkestr, trio nədir. Bu, onun ümumi dünyagörüşünə təsir edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya