İçəri girən donub qaldı

Evin mirasçıları tam 70 ildən sonra o qapını açdı
70 il əvvəl tərk edilmiş və o zamandan bu yana kimsənin girmədiyi evi hər yerin  tökülmüş  və toz basmış düşünərsiniz. 
Bir hərrac vəzifəlisi 1939-cu ildə tərk edilmiş, Parisin göbəyində gizli qalmış evin qapısını açanda  gördüklərinə inana bilmədi. Türk mediasına istinadən sherg.az xəbər verir ki, 1939-cu ildə  ikinci  dünya müharibəsi başlayanda, 23 yaşlı Madam de Florian  Parisdəkievindən məcburi  köçürülüb. Qapısına qıfıl vuran qadın almanlardan qaçmaq üçün cənuba doğru yola çıxıb. O qadın evin kirayəsini illər boyu ödəməyə davam etsə də, qaçdığı evinə geri dönə bilmir. 
  Qadın 2010-cu ildə 91 yaşında vəfat edir. Ölümündən dərhal sonra mirasçıları qadının Parisdə bir evi olduğunu öyrənirlər. Dərhal hərrac səlahiyyətliləriylə görüşərək evin dəyərini müəyyənləşdirirlər. Vəzifəlilər evi araşdırarkən  gözlərinə inana bilməyiblər. Evə tam 70 ildir kimsə girməmişdi. 1900-cü illərdən qalma mebellər və çox köhnə, ancaq keyfiyyətli farforlarla döşənilmiş mətbəx tam mənasıyla göz oxşayırdı. Geridə qalan ən qiymətli əşya isə bənövşəyi paltar geymiş bir qadının portreti  idi. 
Araşdırmalar nəticəsində portretin müəllifinin  Fransada ən məşhur rəssamlarından sayılan Giovanni Boldiniyə aid olduğu bəlli olur. 1888-ci il imzalı portretin  nənənin əlinə 24 yaşında olarkən keçdiyi güman edilir. Portret  hərracda 9 milyon TL-yə satılır. 1939-cu  ildə zorla evindən köçürülən  qadının heç istifadə etmədiyi bir evin kirayəsini hansı səbəb görə ödəməyə davam etdiyi isə sirr kimi qalır.
Turan