Türkiyə təyyarəsində bomba həyəcanı: 143 nəfər təxliyə edildi

Türkiyənin AJet aviaşirkətinə məxsus təyyarədə bomba barədə xəbərdarlıq olan qeyd aşkarlanıb.

Sherg.az xəbər verir ki, Ankaradan Şanlıurfaya uçan təyyarədə 136 sərnişin və 7 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə QAP Şanlıurfa hava limanına təcili eniş edib.

Şanlıurfa valisi Həsən Şıldak bildirib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyəsi üçün bütün zəruri tədbirlər görülüb.