İcra başçısı: Ağsuda baş verən zəlzələnin vurduğu ziyanla bağlı araşdırma aparılır
05:28 06.02.2019
Arxiv
457
Zəlzələ nəticəsində Ağsu rayonunda bəzi evlərdə yüngül çatlar əmələ gəlib.
Bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib.
İcra başçısı bildirib ki, hazırda həmin ərazilərdə araşdırma aparılır: "Hadisə ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyası araşdırma aparır. Hələ ki çatlar barədə dəqiq məlumatlar yoxdur. İcra Hakimiyyətinə daxil olan məlumatda rayonun Dilman və Kalva kəndlərində 45, Qaraqaşlı kəndində 1, Daşdəmirbəyli kəndində isə 2 evdə köhnədən yaranmış çatlarda genişlənmə olduğu deyilir. Hazırda hadisə yerindəyik. Həmin evlərdə baş verən çatların zəlzələdən əvvəl, ya sonra olduğu müəyyənləşdirilir. Komissiyanın araşdırmalarından sonra ictimaiyyətə məlumat veriləcək".
İcra başçısı bildirib ki, əsasən çatların əmələ gəldiyi deyilən evlərin yerləşdiyi Kalva və Dilman kəndləri sürüşmə zonasında yerləşir: "Orada əvvəllər sürüşmə nəticəsində evlərdə xırda çatlar yaranmışdı. Ola bilər ki, həmin çatlar zəlzələ nəticəsində nisbətən böyüyüb. Dağıntı isə yoxdur".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol